“Sevilya” evdə uduzdu

Futbol üzrə İspaniya La Liqasında 34-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Selta” doğma meydanda “Levante”ni qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

Lider “Atletiko” bu turda “Elçe” səfərinə yollanıb və minimal hesabla qalib gəlib. “Real” isə “Osasuna”nı qəbul edib. Madridin digər klubu daha inamlı qələbəyə sevinib.

Bazar günü baş tutan “Valyadolid” – “Betis” matçında qalib müəyyənləşməyib. “Vilyarreal” doğma meydanda “Xetafe”ni minimal hesabla üstələyibsə, “Qranada” evdə “Kadis”ə uduzub.

Təxirə salınmış oyunda doğma meydanda “Qranada”ya uduzan “Barselona” isə səfərdə “Valensiya” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı oyun Kataloniya təmsilçisinin çətin qələbəsiylə yekunlaşıb.

Turun son matçında “Sevilya” doğma meydanda “Atletik”lə qarşılaşıb və minimal hesabla uduzub.

İspaniya La Liqası, 34-cü tur

30 aprel

Selta – Levante 2:0
Qol
: Mendes, 51. Solari, 74.

1 may

Eybar – Alaves 3:0
Qol
: Kike, 3; 50; 59.

Elçe – Atletiko 0:1
Qol
: Lyorente, 23.

Hueska – Real Sosyedad 1:0
Qol
: Elustondo, 87-öz qapısına.

Real – Osasuna 2:0
Qol
: Militao, 76. Kazemiro, 80.

2 may

Valyadolid – Betis 1:1
Qol
: Vayssman, 68 – R.Qarsiya, 49.

Vilyarreal – Xetafe 1:0
Qol
: Pino, 79.

Qranada – Kadis 0:1
Qol
: Sobrino, 39.

Valensiya – Barselona 2:3
Qol
: Paulista, 50. Soler, 83 – Messi, 57; 69. Qrizmann, 63.

3 may

Sevilya – Atletik 0:1
Qol
: Uilyams, 90.

Bombardir: Lionel Messi (Barselona) – 28 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button