“Valensiya” doğma meydanda xal itirdi

Futbol üzrə İspaniya La Liqasında 17-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Turun açılış matçında “Vilyarreal” doğma meydanda “Levante”ni məğlub edib. Əndəlüs derbisinda “Betis” “Sevilya” ilə heç-heçəyə razılaşıb. “Xetafe” də evdə “Valyadolid”ə uduzub.

Son turda “Elçe” ilə oyunda xal itirən Madrid “Real”ı bu tur çərçivəsində “Selta”nı sınağa çəkib. Paytaxt klubu bu görüşdə inamlı qələbəyə sevinib.

“Atletiko” səfərdə “Alaves”lə qarşılaşıb və çətin qələbəyə sevinib. Ronald Kumanın rəhbərlik etdiyi “Barselona” isə “Hueska”nın qonağı olub. Kataloniya təmsilçisi də səfərdə minimal hesabla üstün olub.

Sonuncu oyun günündə bir görüş baş tutub. “Valensiya” doğma meydanda “Kadis”lə üz-üzə gəlib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

İspaniya La Liqası, 17-ci tur

2 yanvar

Vilyarreal – Levante 2:1
Qol
: Nino, 19. Moreno, 54 – Leon, 73.

Betis – Sevilya 1:1
Qol
: Kanales, 53-pen – Suso, 48.

Xetafe – Valyadolid 0:1
Qol
: Vaysmann, 37.

Real – Selta 2:0
Qol
: Lukas, 6. Asensio, 53.

3 yanvar

Atletik – Elçe 1:0
Qol
: Muniayn, 25.

Alaves – Atletiko 1:2
Qol
: Felipe, 84-öz qapısına – Lyorente, 41. L.Suares, 90.

Real Sosyedad – Osasuna 1:1
Qol
: Muquruza, 46 – Kalyeri, 20.

Eybar – Qranada 2:0
Qol
: Xil, 55; 76.

Hueska – Barselona 0:1
Qol
: De Yonq, 27.

4 yanvar

Valensiya – Kadis 1:1
Qol
: M.Qomes, 79 – Lozano, 59.

Bombardir: Luis Suares (Atletiko), Jerar Moreno (Vilyarreal), Yaqo Aspas (Selta) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button