3 xalı 4 cavabsız qolla qazandılar

Futbol üzrə İspaniya La Liqasında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Valyadolid” “Osasuna” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı autsayderlərin duelində meydan sahibləri qələbə qazanıb.

Şənbə günü daha dörd qarşılaşma baş tutub. “Valensiya” “Atletik”lə məhsuldar heç-heçəyə razılaşıb. Səfərdə “Xetafe” ilə qarşılaşan “Sevilya” minimal hesabla qalib gəlib. “Hueska” da “Alaves”i məğlub yola salıb.

Turun mərkəzi görüşü Madriddə keçirilib. “Real” doğma meydanda lider “Atletiko”nu qəbul edib. Meydan sahibləri bu oyundan inamlı qələbə ilə ayrılıblar.

“Barselona” bu turda doğma meydanda “Levante”ni sınağa çəkib. Kataloniya təmsilçisi Messinin vurduğu yeganə qol sayəsində qələbə qazanıb. “Real Sosyedad” doğma meydanda “Eybar”la, “Vilyarreal” isə səfərdə “Betis”lə heç-heçəyə razılaşıb. “Qranada” da səfərdə “Elçe”ni minimal hesabla üstələyib.

Sonuncu oyun günündə “Selta” doğma meydanda “Kadis”i 4 cavabsız qolla məğlub edib.

İspaniya La Liqası, 13-cü tur

11 dekabr

Valyadolid – Osasuna 3:2
Qol
: Vaysmann, 7; 76. Orelyana, 56-pen – Budimir, 27. Torres, 43.

12 dekabr

Valensiya – Atletik 2:2
Qol
: Soler, 26-pen. Valyexo, 83 – Vilyalibre, 55. R.Qarsiya, 79-pen.

Xetafe – Sevilya 0:1
Qol
: Etçeyta, 81-öz qapısına.

Hueska – Alaves 1:0
Qol
: Ontiveros, 66.

Real – Atletiko 2:0
Qol
: Kazemiro, 15. Oblak, 63-öz qapısına.

13 dekabr

Real Sosyedad – Eybar 1:1
Qol
: Barrenetçea, 20 – Enrix, 65.

Betis – Vilyarreal 1:1
Qol
: R.Qarsiya, 51 – Torres, 5.

Elçe – Qranada 0:1
Qol
: Suares, 42.

Barselona – Levante 1:0
Qol
: Messi, 76.

14 dekabr

Selta – Kadis 4:0
Qol
: Nolito, 6. Aspas, 31-pen. Beltran, 43. Mendes, 45+1.

Bombardir: Yaqo Aspas (Selta), Mikel Oyarsabal (Real Sosyedad) – 7 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button