“Liverpul” “Mançester Yunayted”i də məğlub yola saldı

İngiltərə Premyer Liqasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Tottenhem” “Uotford”la üz-üzə gəlib. Bu qarşılaşmada qapılara qol vurulmayıb.

“Arsenal” bu turda “Şeffild Yunayted”i, “Mançester Siti” isə “Kristal Pelas”ı qəbul edib. Hər iki qarşılaşma heç-heçə yekunlaşıb. “Çelsi” isə çətin “Nyukasl” səfərinə yollanıb. London klubu matçın tam sonunda buraxdığı qolla meydanı xalsız tərk edib.

Turun mərkəzi görüşü Mersisaydda keçirilib. Lider “Liverpul” doğma azarkeşləri qarşısında “Mançester Yunayted”i qəbul edib və inamlı qələbəyə sevinib.

İngiltərə Premyer Liqası, 23-cü tur

18 yanvar

Uotford – Tottenhem 0:0

Arsenal – Şeffild Yunayted 1:1
Qol
: Martinelli, 45 – Flek, 83.

Brayton – Aston Villa 1:1
Qol
: Trossard, 38 – Qriliş, 75.

Mançester Siti – Kristal Pelas 2:2
Qol
: Aquero, 82; 87 – C.Tosun, 39. Fernandinyo, 90-öz qapısına.

Norviç – Bornmut 1:0
Qol
: Pukki, 33-pen.

Sauthempton – Vulverhempton 2:3
Qol
: Bednarek, 15. Lonq, 35 – Neto, 53. R.Ximenes, 65-pen; 76.

Vest Hem – Everton 1:1
Qol
: Diop, 40 – Levin, 44.

Nyukasl – Çelsi 1:0
Qol
: Hayden, 90+4.

19 yanvar

Bernli – Lester 2:1
Qol
: Vud, 56. Vestvud, 79 – Barnes, 33.

Liverpul – Mançester Yunayted 2:0
Qol
: Van Deyk, 14. Salah, 90+3.

Bombardir: Ceymi Vardi (Lester) – 17 qol.