PSJ səfərdə xal itirdi

Futbol üzrə Fransa çempionatında 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Marsel” turun açılış matçında səfərdə “Bordo”nun qonağı olub və minimal hesabla qalib gəlib.

Şənbə günü “Lans” doğma meydanda “Renn”lə qarşılaşıb. Bu oyunda meydan sahibləri minimal hesabla üstün olublar.

Lider PSJ bu turda çətin “Lion” səfərinə yollanıb və xal itkisi ilə üzləşib. “Monako” isə “Nant”la üz-üzə gəlib. Bu oyunda da qalib müəyyənləşməyib.

Bu tur keçirilməli olan “Anje” – “Sent-Etyen”, “Lill” – “Loryan” və “Monpelye” – “Trua” matçları komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.

Fransa Liqa 1, 20-ci tur

7 yanvar

Bordo – Marsel 0:1
Qol
: C.Ündər, 37.

8 yanvar

Lans – Renn 1:0
Qol: Said, 89.

9 yanvar

Brest – Nitsa 0:3
Qol
: Dolberq, 13. Delor, 79. Quiri, 90+3.

Klermon – Reyms 0:0

Mets – Strasburq 0:2
Qol
: Ayorke, 50. Aholu, 90+1.

Nant – Monako 0:0

Lion – PSJ 1:1
Qol
: Paketa, 7 – Kehrer, 76.

Bombardir: Conatan Devid (“Lill”) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button