PSJ-dən çətin qələbə

Futbol üzrə Fransa Liqa 1-də 33-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında lider “Lill” doğma meydanda “Monpelye”ni qəbul edib. Qarşılaşma heç-heçə yekunlaşıb.

Şənbə günü iki görüş baş tutub. Səfərdə “Anje” ilə qarşılaşan “Renn” darmadağınla qalib gəlib. Marsel “Olimpik”i isə doğma meydan “Loryan”ı çətinliklə məğlub edib.

Çempionlar Liqasında yarımfinala yüksələn PSJ-nin çempionatdakı rəqibi “Sent-Etyen” olub. Paris təmsilçisi çətin qələbəyə sevinib. “Monako” isə “Bordo”nu səfərdə darmadağın edib. Turun son matçında “Lion” səfərdə “Nant”la qarşılaşıb və çətin qələbə qazanıb.

Fransa Liqa 1, 33-cü tur

16 aprel

Lill – Monpelye 1:1
Qol
: Arauxo, 85 – Delor, 21.

17 aprel

Anje – Renn 0:3
Qol
: Doku, 45+1. Terrye, 63. Jirassi, 90+1.

Marsel – Loryan 3:2
Qol
: Payet, 53. Lirola, 56; 90+1 – Moffi, 19; 70.

18 aprel

PSJ – Sent-Etyen 3:2
Qol
: Mbappe, 79; 87. İkardi, 90+4 – Buanqa, 78. Hamuma, 90+1.

Brest – Lans 1:1
Qol
: Lukas, 37-öz qapısına – Kakuta, 72.

Dijon – Nitsa 2:0
Qol
: Şafik, 49. Benzia, 77.

Nim – Strasburq 1:1
Qol
: Ripar, 55-pen – Lenar, 82.

Reyms – Mets 0:0

Bordo – Monako 0:3
Qol
: Folland, 29. Martins, 47. Yovetiç, 90.

Nant – Lion 1:2
Qol
: Pallois, 60 – Depay, 5; 37.

Bombardir: Kilian Mbappe (PSJ) – 23 qol.