“Bu gün belə, Zidanla danışarkən, gərgin oluram”

“Real”ın futbolçusu Kazemiro baş məşqçisi Zinəddin Zidanla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “The Guardian”a danışan futbolçu, Zidanla münasibətləri haqda bunları deyib:

“Bu gün belə, Zidanla danışarkən, gərgin oluram. O, inanılmaz bir insandır, təvazökardır və bizə qayğı, sevgi ilə yanaşır. Zidan çox qətiyyətlidir. Hər zaman “daha yaxşısını edə bilərsən” söyləyir. O, mənə “səndən edə bilməyəcəyin bir şeyi etməyini istəmirəm, bacaracaqlarını etməyini istəyirəm” deyir. Zidan mənə çox güvənir”.