“Qarabağ”la “Zirə” xal itirdi, “Neftçi” liderliyi ələ keçirdi

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün görüşləri bu gün oynanılıb. Peşəkar Futbol Liqası (PFL) tərəfindən “YAŞAT turu” adlandırılan turun açılış matçında son illərin dəyişməz çempionu “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib.

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Zirə” Ayxan Abbasovun başçılıq etdiyi “Sumqayıt”ı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyun da bərabərliklə bitib. “Səbail” isə “Keşlə”nin qonağı olub və inamlı qələbəyə sevinib.

Günün və turun son matçında “Neftçi” səfərdə “Sabah”la üz-üzə gəlib. “Neftçi” də səfərdə inamlı qələbə qazanmaqla liderliyi ələ keçirib.

Azərbaycan Premyer Liqası, 12-ci tur

20 dekabr

Qəbələ – Qarabağ 1:1
Qol: R.Utriq, 83 – F.Ozobiç, 51.
Matçın 16-cı dəqiqəsində U.Matiç penaltidən yararlana bilməyib (qapıçı).
Qırmızı vərəqə
: R.Muradov, 69 (ikinci sarı).
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Qəbələ şəhər stadionu

Qəbələ: 1. Anar Nəzirov (k), 14. Cavid Hüseynov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev
Baş məşqçi: Elmar Baxşıyev

Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 77. Donald Qerye, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 21. Rauf Hüseynli
Baş məşqçi: Qurban Qurbanov

______________________________________________________________________________

Keşlə – Səbail 0:2
Qol:
Ü.Abbasov, 11. Ə.İsmayılov, 17.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Sezar Meza Kolli, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 39. Elnur Süleymanov, 87. Tunar Mütəllimov, 97. Xəzər Mahmudov
Məşqçi: Zaur İsmayılov

Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 8. Bəxtiyar Rəhmani, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 20. Ruslan Hacıyev, 99. Bahadur Həziyev, 77. Ədilxan Qarəhmədov
Məşqçi: Emin Ağayev

______________________________________________________________________________

Zirə – Sumqayıt 2:2
Qol:
A.Ramazanov, 56. Q.Alıyev, 62 – M.Xaçayev, 11. R.Sadıxov, 57.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu

Zirə: Mateus Albino, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 21. Hacıağa Hacılı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov

Sumqayıt: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov (k), 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 9. Əli Qurbani, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev, 29. Sərvin İsmayılov
Baş məşqçi: Ayxan Abbasov

______________________________________________________________________________

Sabah – Neftçi 0:2
Qol:
N.Ələsgərov, 45+4-pen; 66.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Bank Respublika Arena”

Sabah: 12. Alvaro Villete, 2. Amin Seydiyev, 6. Şakir Seyidov, 7. Coşqun Diniyev (k), 11. Ozan Can Kökcü, 13. Filip İvanoviç, 14. Slavik Alxasov, 18. Xulio Sezar Rodriqes, 30. Mario Marina, 46. Aleksey İsayev, 77. Veysəl Rzayev.
Ehtiyat oyunçular: 98. Yusif İmanov, 8. Elşən Abdullayev, 10. Yevgeni Koçuk, 20. Elçin Mustafayev, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 29. Ceyhun Nuriyev, 90. Ramil Şeydayev.
Baş məşqçi: Visente Qomes.

Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 24. Yusuf Laval, 26. Ömər Buludov, 36. Mamadu Kane, 91. Tallison Dias.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 10. Saman Nərimancahan, 12. Kamran İbrahimov, 13. Prins İbara, 19. Fəhmin Muradbəyli, 20. Mert Çelik, 29. Sabir Buqrin, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Samir Abasov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button