AFFA “Qarabağ”a xəbərdarlıq etdi, “Keşlə”nin futbolçusunun cəzasını açıqladı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın 3-cü turunun “Keşlə” – “Zirə” oyununun 28-ci dəqiqəsində “Keşlə” klubunun futbolçusu Abanq Anatole “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.

Premyer Liqanın 3-cü turunun “Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın 3-cü turunun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın 3-cü turunun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubuna ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi barədə xəbərdarlıq edilib.

Premyer Liqanın 3-cü turunun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubuna ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi barədə xəbərdarlıq edilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button