“Bu baş verərsə, Rusiya futbolu 100 il geriyə düşəcək” – UEFA prezidenti

UEFA prezidenti Aleksander Çeferin hesab edir ki, Rusiya Futbol İttifaqının (RFU) Asiya Futbol Konfederasiyasına mümkün keçidi Rusiya futbolunu 100 il geriyə aparacaq.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Çeferin, bu ideyanın hansısa siyasətçidən gəldiyinə inandığını bildirib:

“Bu fikir RFU-dan deyil, hansısa siyasətçidən gəlir. İnanıram ki, bu baş verərsə, Rusiya futbolu 100 il geriyə düşəcək”.

Daha əvvəl Rusiyanın Asiya Futbol Konfederasiyasına keçə biləcəyi barədə məlumat yayılmışdı.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button