“Böyük Dəbilqə”: Heydərovla Məmmədəliyev mükafatsız qaldı

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci gününü də mükafatsız başa vurublar.

Komanda.az xəbər verir ki, milli üzvlərindən Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərovla Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) fəxri kürsüdən kənarda qalıblar.

Heydərov 1/8 finalda Mukhiddin Asadulloevə (Tacikistan) uduzub. Rəşid Məmmədəliyev isə ABŞ-lı Stiven Boldbaatarla bacarmayıb.

Ötən gün yarışın startında daha 4 cüdoçumuz medal qazana bilməmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button