Zidan açıqladı: Beyl “Real”dan ayrılır

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan Qaret Beyllə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis, uelsli futbolçunun ayrılığına hazırlaşdıqlarını deyib:

“Beyl yoxlama oyunlarında iştirak etmir, çünki o, komandadan ayrılmağa yaxındır. Ümid edirik ki, bu, tezliklə baş verəcək. Bu, hər kəs üçün ən yaxşı həll yoludur. Biz onun başqa komandaya transferi üzərində çalışırıq.

Mən ona qarşı deyiləm, amma bir qərar verməyim lazımdır. Komandada dəyişikliyə ehtiyac var. Onun ayrılması məşqçinin qərarıdır, amma futbolçu özü də vəziyyəti bilir. Bir və ya iki gün içərisində vəziyyət dəyişəcək. Bu, hər kəs üçün ən yaxşı an olar”.