“Bütün kubokları qazanmaq istəyirik” – Martines

“İnter”in hücumçusu Lautaro Martines komandasının mövsümün qalan hissəsindəki hədəflərindən danışıb.

Komanda.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, argentinalı futbolçu kuboklar qazanmaq istədiklərini söyləyib:

“Biz bütün kubokları qazanmaq, meydanda hər şeyimizi vermək və nəticə əldə etmək istəyirik. Bu, təfərrüatlı şəkildə həll ediləcək, çünki hər an həlledici ola bilər. Mentalitet və yanaşma çox vacibdir”.

“Milan” A Seriyasının turnir cədvəlində “İnter”i iki xal qabaqlayır.

Mayın 11-də “İnter” finalda “Yuventus”u məğlub edərək (4:2), 11 ildən sonra ilk dəfə İtaliya kubokunun qalibi olub.