“Biz bu qələbəyə layiq idik” – Tuxel

“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/8 final mərhələsinin “Latsio” ilə cavab oyunundan (3:0) danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, komandanın çıxışını yüksək qiymətləndirib:

“Bu, komandamızın çox möhkəm və çox intizamlı çıxışı idi. İlk oyunla müqayisədə daha cəsarətli hərəkət etdik. İlk qolu vaxtında vurduq və sonradan fərqi artırmaq üçün ritmimizi qoruduq. İkinci qol lazımi anda gəldi. Bu, bizə inam verdi və biz bu qələbəyə layiq idik”.

1/8 final mərhələsinin ilk oyununda “Latsio” öz meydanında 1:0 hesabı ilə qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button