
“Biz “Bodo-Qlimt”ə çox ciddi yanaşırıq”
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 7-ci turunda “Bodo-Qlimt”lə qarşılaşacaqları oyunla bağlı gözləntilərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, rəqibə ciddi yanaşdıqlarını söyləyib:
“Beş-altı il əvvəl onlar ikinci divizionda oynayırdılar, indi isə Çempionlar Liqasındadırlar və ötən mövsüm Avropa Liqasının yarımfinalına yüksəliblər. Biz bu rəqibə çox ciddi yanaşırıq”.
Oyun bu gün Norveçdə keçiriləcək.
“Şəhərlilər” 6 oyundan sonra 13 xalla turnir cədvəlində 4-cü yerdədir. Norveç klubu isə 3 xalla 32-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



