“Eyni ruhda davam etməliyik” – “İnter”in futbolçusu

“İnter”in müdafiəçisi Federiko Dimarko komandanın son illərdəki çıxışı haqda fikirlərini bildirib.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, italiyalı futbolçu sirrin “İnter”in oyunçularının etdikləri işdən həzz almalarında olduğunu bildirib:

“Biz oynayanda bir çox komandaya problemlər yaradırıq, bu, göz qabağındadır. Biz oyundan həzz almağa başladıq və bu, əsas amildir. Bu, bizim üçün məşq kimidir. Təzyiq yoxdur, sadəcə əyləncədir. Eyni ruhda davam etməliyik”.

Dünən İtaliya çempionatında “İnter” “Atalanta”nı məğlub edib (4:0). A Seriyasının 26 turundan sonra komanda 69 xal toplayıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button