“Avropanın ən yaxşı komandası “Mançester Siti”dir” – “Liverpul”un futbolçusu

“Liverpul”un futbolçusu Endryu Robertson 2022/23 mövsümündə treblə imza atan “Mançester Siti” haqda danışıb.

Komanda.az “talkSPORT”-a istinadən xəbər verir ki, o, Mançester təmsilçisinin treblə layiq olduğunu dilə gətirib:

“Onlar son mövsümdə Premyer Liqada hamıdan üstün çıxış etdilər. 4-5 mövsümdür ki, biz onları rahat buraxmamağa, rəqabət aparmağa çalışırdıq. Lakin sonda “Mançester Siti” qalib gəlirdi. Treblə layiq idilər. Hazırda Avropanın ən yaxşı komandası “Mançester Siti”dir.

Biz başqaları haqda düşünməməliyik. “Liverpul” 2022/23 mövsümündə olduqca aşağı səviyyədə çıxış etdi. Əvvəlki səviyyəmizə qayıtmalıyıq. İnanıram ki, yenidən uğurlar qazanacağıq”.

“Şəhərlilər” 2022/23 mövsümündə İngiltərə Premyer Liqasının, Federasiya kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button