Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı müəyyənləşib

Futbol üzrə Azərbaycan 1-ci Liqasıda 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı müəyyənləşib.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir mayın 23-də baş tutacaq.

Çempion komandaya qızıl medallar və kubok mövsüm ərzində ev oyunlarını keçirdiyi stadionda təqdim olunacaq. Mükafatlandırma mərasimi məkandan asılı olmayaraq saat 17:00-da başlanacaq.

Hazırda 1-ci Liqada turnir cədvəlinin pilləsində “Şamaxı” qərarlaşıb. Ölkə çempionu sonuncu – 27-ci turda müəyyənləşəcək. Çempionluq şansları daha böyük olan “Şamaxı” evdə “Araz Saatlı” ilə oynayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button