FİDE: Rəcəbov mövqeyini qorudu, Məmmədyarov gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Komanda.az FİDE-nin saytına istinadən xəbər verir ki, ilk 10-luqda Azərbaycanın bir təmsilçisi yer alıb. Teymur Rəcəbov 2763 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 5 pillə geriləyib. O, 2762 xalla 11-cidir.

Qədir Hüseynov 2665 xalla 69-cu, Rauf Məmmədov 2654 xalla 89-cu, Nicat Abbasov isə 2652 xalla 93-cüdür.

Siyahının ilk pilləsində 2855 xalla norveçli dünya çempionu Maqnus Karlsendir.

Qadın şahmatçılardan Günay Məmmədzadə bir pillə irələləyib və 2459 xalla 25-ci sırada yer alıb. Gülnar Məmmədova 2395 xalla 68-ci, Xanım Balacayeva isə 2369 xalla 92-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button