“Bu vəziyyətdə futbol oynamaq olmaz” – “Beşiktaş”ın prezidenti

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebinin koronavirus testinin müsbət çıxdığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Çebi, koronavirusla bağlı Türkiyə mətbuatına açıqlama verib:

“Bütün qaydalara diqqət etməyimə baxmayaraq, virusa yoluxdum. İnsan sağlamlığından vacib bir şey yoxdur. Klubun İdarə Heyətinin üzvləriylə birlikdə, əvvəlcədən olduğu kimi, yenə də eyni fikirdəyik. Koronavirusla mübarizə qurumunun razılığı olmadan bu vəziyyətdə futbol oynamaq olmaz”.

Koronavirusa görə dayandırılan Türkiyə Super Liqası iyunun 12-də başlayacaq.