“Beşiktaş”ın koronavirusa yoluxanları sağaldı

Türkiyənin “Beşiktaş” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisində futbolçulardan, məşqçilər heyətindən və klubda çalışan digər şəxslərdən götürülən bütün testlər neqativ nəticə verib.

Daha öncə koronavirusa yoluxanlardan da götürülən testlərin nəticəsi mənfi olub. Bu barədə klubun mətbuat mətbuat xidməti məlumat yayıb.

Bu üzdən də “Beşiktaş” mayın 20-dən etibarən klub bazasında məşqləri bərpa edəcək.

Yeri gəlmişkən, İstanbul təmsilçisi daha öncə koronavirusa yoluxduğu açıqlanan klub prezidenti Ahmet Nur Çebi barədə də yeni məlumat paylaşıb. Xəbərdə klub prezidentinin yeni koronavirus testinin nəticəsi bəlli olan kimi, ictimaiyyətə açıqlama veriləcəyi qeyd olunub.