“Beşiktaş”ın futbolçusu rəsmən “Sivasspor”da

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi gənc müdafiəçi Fatih Aksoyu sıralarına qatıb.

“Beşiktaş”ın yetirməsi olan futbolçu Sivas klubuna icarə əsasında keçib. Onunla 1,5 illik icarə müqaviləsi imzalanıb. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı mərkəz müdafiəçisi bu mövsüm “Beşiktaş”ın heyətində 2 Super Liqa, 4 Avroliqa matçına çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button