“Beşiktaş” Türkiyə millisinin futbolçusunu heyətinə qatdı

“Beşiktaş” növbəti transferini həyata keçirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinin üzvü Salih Özcanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları hələ ki, açıqlanmayıb.

Özcan son olaraq “Borussiya”da (Dortmund) oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button