Türkiyənin iki top-klubu “Spartak”ın futbolçusu ilə maraqlanır

Moskva “Spartak”ının yarımmüdafiəçisi Jedson Fernandes Türkiyəyə qayıda bilər.

Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, “Beşiktaş” və “Trabzonspor” portuqaliyalı futbolçu ilə maraqlanır.

“Qırmızı-ağlar”ın Fernandes üçün 30 milyon avrodan çox pul tələb etdiyi bildirilir. “Spartak” onu 2025-ci ildə, məhz “Beşiktaş”dan 20,78+7,27 milyon avroya transfer edib.

27 yaşlı yarımmüdafiəçi bu mövsüm keçirdiyi 24 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button