
“Barselona”nın futbolçusu millinin baş məşqçisinin qərarını gözləyir
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente tezliklə yığmanın 2026-cı il dünya çempionatı üçün yekun heyətini açıqlayacaq. Mundialda komandanı təmsil edəcək oyunçuların tam siyahısı mayın 25-də açıqlanacaq.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, heyətə namizədlərdən biri hələ milli komandada debüt etməmiş “Barselona”nın oyunçusu Mark Bernaldır. Yarımmüdafiəçi bu barədə fikirlərini bölüşüb:
“Heç kim dünya çempionatına çağırışı əvvəlcədən elan etmir, futbolçular, jurnalistlər və hər kəs kimi eyni şeyi bilirlər. Turnirə gedəcəyinizə əmin ola bilməzsiz. Hazırda yay üçün heç bir plan qura bilmirəm, milli komandanın heyətinin açıqlanmasını gözləməliyəm”.
18 yaşlı futbolçu bu mövsüm Kataloniya klubunun heyətində 32 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin



