Ölümlə təhdid edilən Benzema sabiq klubuna qayıda bilər

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, 36 yaşlı forvardın keçmiş klubu “Lion”a qayıtması ehtimalı var. Fransa təmsilçisinin rəhbərliyi artıq bu keçid üzərində işləyir.

Benzema daha əvvəl karyerasını “Lion”da bitirmək istədiyini bildirmişdi. Fransalı futbolçu 2005-2009-cu illərdə “Lion”da çıxış edib.

Benzema 2023-cü ilin yayında azad agent kimi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib. O, bu mövsüm “Əl-İttihad”ın heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Benzema “Əl-İttihad”dan üç günlük icazə alaraq, Madridə yollanıb. Lakin bunun həqiqəti əks etdirmədiyinə dair mülahizələr də var. Benzemanın Səudiyyə Ərəbistanını tərk etməsinə səbəb kimi onun azarkeşlərdən ölüm təhdidi alması göstərilir. Bildirilir ki, son üç həftə ərzində bu cür xəbərdarlıqlar daha da artıb. Nəticədə, Benzema Avropaya qayıtmalı olub. Futbolçu sosial şəbəkə hesablarını da deaktiv edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button