
Benites istefaya göndərildi
Yunanıstanın “Panatinaikos” klubu baş məşqçi Rafael Beniteslə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. 66 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Betines 2025-ci ilin oktyabrında “Panatinaikos”un baş məşqçisi vəzifəsinə təyin olunmudşu. Komanda Yunanıstan çempionatını 52 xalla 4-cü pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



