AÇ-2020: Martines İtaliyaya məğlubiyyəti şərh etdi

Belçika milli komandasının baş məşqçisi Roberto Martines AÇ-2020-nin 1/4 final mərhələsində İtaliya yığmasına qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Martines, 1:2 hesabıyla bitən matçı belə şərh edib:

“İkinci hissədə geri dönməyə çalışdıq, lakin alınmadı. Vuracağımız ikinci qol bizə xüsusi motivasiya verəcəkdi. Bəlkə də, oyunu qazanacaqdıq.

Komandamın mübarizə gücü var. Turnir boyunca meydanda hər şey edən futbolçularımla qürur duyuram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button