Bazada yanğın oldu, 10 nəfər dünyasını dəyişdi FOTOLAR

Braziliyanın “Flamenqo” klubunun Rio şəhərindəki bazasında yanğın olub.

Komanda.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. Hadisə nəticəsində 10 nəfər dünyasını dəyişib. Akademiya futbolçularının yatdığı zaman baş verən yanğının səbəbləri isə bilinmir.

Bir neçə futbolçunun da yaralandığı hadisə nəticəsində ölənlərin şəxsiyyəti hələ məlum deyil.