“Bayern”in yeni mövsüm üçün səfər forması – FOTO

“Bayern” 2023/24 mövsümü üçün yeni səfər formasını təqdim edib.

Komanda.az klubun rəsmi saytına xəbər verir ki, formanın köynəyində qara rəng yer alıb. Formanın çiyin hissəsində çəhrayı rəngli xətlər diqqəti çəkir.

Münhen təmsilçisinin İdarə Heyətinin üzvü Andreas Junq Bundesliqa klubunun yeni səfər forması barədə bunları deyib:

“Adidas” şirkəti ilə birlikdə ərsəyə gətirdiyimiz yeni formamızla dünyaya mesaj veririk: hər yerdə “Bayern” azarkeşi var. Klubumuz onları hər zaman bir araya gətirir. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, fanatlarımız kluba, onun dəyərlərinə, oyun tərzinə bağlıdırlar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button