
“Boe ilə bağlı “Qalatasaray”dan heç bir zəng olmayıb” – “Bayern” rəsmisi
“Bayern”in idman direktoru Maks Eberl komandanın müdafiəçisi Saşa Boenin mümkün gedişini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Saşa Boe ilə bağlı Türkiyədən və ya “Qalatasaray”dan heç bir zəng olmayıb. Biz vəziyyəti sakitcə müzakirə edəcəyik və yayda nə baş verəcəyini görəcəyik”.
24 yaşlı fransalı futbolçu bu mövsüm bütün turnirlərdə 15 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
Boe 2021-2024-cü illər aralığında Türkiyənin “Qalatasaray” klubunda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



