
“Bayern”in hücumçusu cəzalandırılıb
“Çelsi”dən icarə əsasında “Bayern”də çıxış edən seneqallı hücumçu Nikolas Cekson iki oyunluq cəzalandırılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar Bundesliqanın İntizam Komitəsi tərəfindən, 26-cı turda Leverkuzen “Bayer”i ilə oyun (1:1) zamanı baş verən insidentdən sonra verilib.
Cekson birinci hissənin 41-ci dəqiqəsində “Bayer”in hücumçusu Martin Teryeyə arxadan təhlükəli müdaxilə edib və nəticədə birbaşa qırmızı vərəqə alıb.
27 yaşlı forvard 27 və 28-ci turlarda “Union” və “Frayburq”la oyunları buraxacaq. O, bu mövsüm Münhen klubunda 25 oyunda meydana çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Bayern”dəki icarə müddəti mövsümün sonunda başa çatacaq və yenidən “Çelsi”yə qayıdacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



