Naqelsmanndan “Barselona” üzərində qələbəyə şərh

“Bayern”in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının qrup mərhələsində “Barselona”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, alman mütəxəssis, 3:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Çox yaxşı oynadığımızı düşünürəm. Həm müdafiədə, həm də hücumda effektli idik. İlk 7-8 dəqiqədə yaxşı oynamadıq. Komandam kifayət qədər cəsarətli olmadı. Daha sonra dəyişiklik etdik və qələbəmizi qazandıq.

Tomas Müller və Robert Levandovski? Onlar kimi oyunçularım olduğu üçün çox xoşbəxtəm”.