Keyndən gələcəyi haqda açıqlama

“Bayern”in hücumçusu Harri Keyn 2027-ci ilin yayında – müqaviləsinin müddəti başa çatdıqdan sonra kludan ayrılıb-ayrılmayacağı ilə bağlı suala cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli forvard Münhen klubunda xoşbəxt olduğunu bildirib:

“2027-ci ildə “Bayern”dən ayrılmağımın bir səbəbi varmı? Xeyr, burada çox xoşbəxtəm. Bunu açıq şəkildə bildirdim. Bizim fantastik bir komandamız var, hazırda dünyanın ən yaxşılarından biri, bəlkə də, ən yaxşısı. Bizim ən yaxşı baş məşqçimiz var. Burada keçirdiyim vaxtdan zövq alıram. Əvvəlcə mövsümü bitirməli, sonra gələcək haqqında danışmalı idik. Yəqin ki, dünya çempionatını bitirəcəyik və sonra bu məsələyə qayıdacağıq. Düşünürəm ki, hər iki tərəf bir-birindən razıdır”.

32 yaşlı forvard bu mövsüm “Bayern”in heyətində bütün yarışlarda 51 oyun keçirib, 61 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button