“Bayern”dən 50 milyonluq transfer

“Bayern” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Münhen klubu Cənubi Koreya yığmasının və “Napoli”nin mərkəz müdafiəçisi Kim Min Jaeni heyətinə qatıb.

26 yaşlı futbolçu ilə 5 illik sözləşmə imzalanıb. “Bayern” bu transfer üçün İtaliya çempionuna 50 milyon avro ödəyib.

“Napoli”yə ötən yay keçən Kim bu komandada 45 oyuna çıxıb, 2 qol vurub. O, “Fənərbaxça”, “Jeonbuk”, “Beijing Guoan” kimi klublarda da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button