“Bayern” portuqaliyalının transferindən imtina edib

“Fulhem”in yarımmüdafiəçisi Joao Palinya qış transfer pəncərəsində “Bayern”ə keçməyəcək. 

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi 28 yaşlı futbolçunu yanvarda transfer etmək fikrindən imtina edib.

“Bayern” rəhbərliyi transfer üçün 50 milyon avro xərcləməkdə məna görməyib. Münhen klubu daha çox müdafiə xəttini gücləndirməyə diqqət yetirir.

Bu mövsüm Palinya “Fulhem”in heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimidir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button