“Tottenhem”in Palinya tərəddüdü

Hazırda “Tottenhem”də icarə əsasında çıxış edən “Bayern”in yarımmüdafiəçisi Joao Palinya icarə müddəti bitdikdən sonra İngiltərə klubuna tam transfer oluna bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” futbolçunu 31 milyon avroya transfer edə bilər, lakin baş məşqçi Tomas Frankın komandadan kənarlaşdırılmasından sonra klub bu müqavilənin mümkünlüyünə şübhəylə baxır. “Tottenhem”, eyni zamanda, Palinyanın əla formasına baxmayaraq, onun yaşı və potensial olaraq yenidən satılacağı təqdirdə, transfer dəyərinin aşağı olmasıyla bağlı narahatdır.

31 yaşlı yarımmüdafiəçi London klubunda bütün yarışlarda 34 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button