“Bayern” “Qarabağ”ın rəqibinin baş məşqçisi ilə danışıqlara başlayıb

“Bayern” UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer”in baş məşqçisi Xabi Alonso ilə danışıqlara başlayıb.

Komanda.az “Sky Germany”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin Münhendə işləmək ehtimalı yüksəkdir.

Bir müddət əvvəl Xabi Alonsonun yeni mövsümdən “Liverpul”u çalışdıracağı bildirilsə də, “Bayern” rəhbərliyi hazırda mütəxəssislə danışıqlar apardıqlarını etiraf edib.

“Bayern” mövsümün sonunda hazırkı baş məşqçisi Tomas Tuxellə yollarını ayıracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button