“Bayern” İsrail millisinin qapıçısı ilə anlaşıb

“Bayern” İsrailin gənclərdən ibarət milli komandasının qapıçısını alıb.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Daniel Peretz Təl-Əviv “Makkabi”sindən Münhen klubuna 6-7 milyon avroya keçəcək.

23 yaşlı qolkiperin “Bayern”lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulacaq.

Klub Peretzdən Manuel Noyer meydana qayıdana qədər Sven Ulrixlə hədəfə çatmaq üçün mübarizə aparacağını gözləyir.

Peretz əsasən İsrailin gənclər yığmasında çıxış edib, ölkənin əsas komandasında bir oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button