Bundesliqa nəhənginin Beyl planı

“Real”dakı gələcəyi müzakirə olunan və komandadan ayrılacağı gözlənilən Qaret Beyl karyerasını Almaniyada davam etdirə bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Bundesliqanın son çempionu “Bavariya” “kral klubu”nun baş məşqçisi Zinəddin Zidanın planlarında yer almayan uelsli futbolçunu icarə əsasında heyətinə qatmaq niyyətindədir.

Əvvəllər “Real”dan Xames Rodriqesi icarə əsasında iki illik heyətinə qatan Münhen təmsilçisi, Beyli də eyni şəkildə komandada görmək istəyir.

2013-cü ildə “Tottenhem”dən “Real”a transfer olunan Beyl, son mövsümdə iştirak etdiyi 42 oyunda 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button