“Bavariya” avrokubokların ən çox qazananı olacaq
Almaniyanın “Bavariya” klubu cari mövsümdə avrokuboklarda ən yüksək gəlir əldə edən komanda olacaq.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Münhen klubunun azı 120 milyon avro qazanması gözlənilir. Bu, həm də avrokuboklar tarixində rekord məbləğdir. İndiyə qədər ən yüksək göstərici “Barselona”ya məxsus olub. Kataloniya klubu 2019-cu ildə 117,73 milyon avro qazanıb.
“Bavariya” UEFA Çempionlar Liqasının final oyununda avqustun 23-də PSJ ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin