“Duda” vəfat etdi

Basketbol üzrə tanınmış serbiyalı baş məşqçi Duşan İvkoviç vəfat edib.

Komanda.az xəbər verir, o, 77 yaşında, ciyərinə su yığılması səbəbindən ölüb. Bu barədə Serbiya mətbuatı məlumat yayıb.

İvkoviç Avropada bütün zamanların basketbol üzrə ən uğurlu baş məşqçilərindən hesab olunur.

“Duda” ləqəbli mütəxəssis ölkəsində “Partizan”, “Radniçki Belqrad”, “Voyvodina”, Yunanıstanda “Aris”, PAOK, “Panionios”, “Olimpiakos”, AEK, Rusiyada ÇSKA, “Dinamo” (Moskva), Xorvatiyada “Şibenik” və Türkiyədə “Anadolu Efes” komandalarına başçılıq edib.

İki dəfə Avroliqanın qalibi olmuş mütəxəssis 1990-cı il dünya çempionatı, 1989, 1991 və 1995-ci il Avropa çempionatlarında keçmiş Yuqoslaviya və Serbiya yığmalarını çalışdırıb. O, 2016-cı ildə məşqçi karyerasını başa vurub.