“Barselona” daha çox şeyə sahibdir, amma…” – Qattuzo

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Barselona” ilə 1:1 hesablı heç-heçəyə razılaşan “Napoli”nin baş məşqçisi Cennaro Qattuzo açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis, oyunla bağlı bunları bildirib:

“Bu oyunda demək olar ki, “Barselona”ya fürsət yaratmağa imkan vermədik. Bu səviyyədəki komandalara qarşı səhv edə bilməzsiz. Komandanın ümumi oyunundan razıyam. Futbolçuların xarakter göstərmələrini bəyəndim. İkinci qolu da vura bilərdik. Səfərdə mərhələni keçmək üçün mübarizə aparmalıyıq. “Napoli”nin yaxşı futbolçuları çoxdur. “Barselona” daha çox şeyə sahibdir, amma səfərdə şansımız ola bilər”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button