“Messi bir əfsanədir, onu kimləsə müqayisə etmək çətindir”

“Barselona”nın sabiq futbolçusu Xristo Stoiçkov Lionel Messi haqda danışıb.

Komanda.az xəbər verir ki, “sport.es” saytına danışan keçmiş hücumçu, Messinin əfsanə olduğunu deyib:

“Messi bir əfsanədir, onu kimləsə müqayisə etmək çətindir. Messinin qazandıqlarını heç kim qazana bilməz. O, 6 dəfə “qızıl top”un, 5 dəfə “qızıl buts”un sahibi olub.

Çox az argentinalı futbolçu var ki, dünya çempionatlarında ən yaxşı olur. DÇ-1978-də Kempes, DÇ-1986-da Maradona, DÇ-2014-də isə Messi. Argentinalılar hər zaman Messini kimləsə müqayisə etməyə çalışırlar. Ancaq hər futbolçunun öz dövrü olub, müqayisə etmək düzgün deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button