“O, futbol tarixinin ən yaxşı müdafiəçilərindən biridir” – Puyol

“Barselona”nın sabiq futbolçusu Karles Puyol açıqlama verib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan keçmiş müdafiəçi, Kataloniya təmsilçisinin futbolçusu Jerar Pike haqda fikirlərini bildirib:

“Barselona”da olan zaman Pikeyə çox tez uyğunlaşdım. Onunla oynamaq çox asan idi. O, komandanı yaxşı bilən yüksək səviyyəli oyunçudur. Çünki Pike “La Masia” məzunudur. Mənim üçün o, futbol tarixinin ən yaxşı müdafiəçilərindən biridir”.

Puyol və Pike “Barselona”da birlikdə çıxış ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button