“Barselona”nın prezidenti Breytveytdən danışdı – “Ümid edirəm ki…”

“Barselona”nın prezidenti Xosep Maria Bartomeu yeni transfer Martin Breytveyt haqda danışıb.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan Bartomeu danimarkalı hücumçunun onlar üçün ən yaxşı seçim olduğunu deyib:

“Breytveyt zədəli oyunçularımızı əvəz etmək üçün bizə qoşulub. Osman Dembele uzun müddət olmayacaq, onun yerini doldurmalı idik. Dembeleyə dəstək olmalıyıq. Ümid edirəm ki, bir neçə aydan sonra yenidən sıralarımıza qoşulacaq.

Futbolçuları təhlil etdik və qərar verdik ki, bizim üçün ən yaxşı seçim Breytveytdir. Belə keyfiyyətlərə malik olan oyunçunun bizimlə olacağından məmnunam. Onu tezliklə meydanda görmək istəyirəm. İnanıram ki, o bizə çox fayda verəcək”.

“Barselona” “Leqanes”dən transfer etdiyi Breytveytlə 4,5 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button