“Barselona”nın prezidenti La Liqa rəhbərliyindən şikayətləndi

“Barselona”nın prezidenti Xuan Laporta bu yay üçün planlaşdırılan transferlərin çətinliklərindən danışıb.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, klub rəhbəri, La Liqada qaydaların sərtliyindən şikayətlənib:

“Biz mümkün olan hər şeyi edirik, lakin çətinliklər var. La Liqa rəhbərliyi bizə o qədər də kömək etmir. La Liqada maliyyə qaydaları digər çempionatlarla müqayisədə çox sərtdir. Və biz bu maneəni dəf etməliyik”.

“Barselona” 2021/22 mövsümündə La Liqanı ikinci yerdə bitirib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button