“Barselona”nın prezidenti: “Çempionluğu qazanmaq çətin olacaq”

“Barselona”nın prezidenti Xuan Laporta komandanın La Liqadakı hədəfləri barədə danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, klub rəhbəri təslim olmayacaqlarını bildirib:

“Vəziyyət gözlədiyimizdən fərqlidir, ilk növbədə mənim üçün. Amma nə qədər ki, şans var, ümid də var. Riyazi olaraq hər şey mümkündür. Ən yaxşı nəticəni əldə etmək üçün finala bərabər yeddi oyunda mübarizə aparmalıyıq. Biz təslim olmamalıyıq, amma çempionluğu qazanmaq çətin olacaq.

Düşünməliyik ki, yeddi final oyunumuz var və Çempionlar Liqasına düşmək üçün onları qazanmalıyıq”.

“Barselona” İspaniya Liqasının cari mövsümündə 31 oyundan sonra 60 xal toplayıb. Komanda qalan oyunlarda “Real Sosyedad”, “Rayo Valyekano”, “Malyorka”, “Betis”, “Selta”, “Xetafe” və “Vilyarreal”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button