
ÇL: “Barselona”nın növbəti mərhələyə çıxmaq şansı neçə faizdir?
“Opta” superkompüteri “Barselona” və “Benfika”nın UEFA Çempionlar Liqasının 1/4 finalına çıxmaq şanslarını təhlil edib.
İlk oyunda “Barsa” səfərdə 1:0 hesablı qələbə qazanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, proqramın qiymətləndirməsinə əsasən, Hans-Diter Flikin komandasının turnirin növbəti mərhələsinə çıxmaq şansı 88,6, Portuqaliya klubunun isə 11,4 faizdir.
“Barselona” – “Benfika” cavab matçı martın 11-də Kataloniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



