
Torres üçün iki variant
“Barselona”nın hücumçusu Ferran Torres gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı forvard gələcək planlarına dair iki variantı nəzərdən keçirir: ya klubla yeni müqavilə imzalamaq, ya da azad agent kimi ayrılmaq.
26 yaşlı futbolçu “Barselona”dan birbaşa transferlə ayrılmaq istəmir və yalnız müqaviləsinin müddətinin bitməsini, ya da uzadılmasını düşünür.
Torres 2022-ci ilin yanvarında “Barselona”ya transfer olunub. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



